Ana Sayfa > M / Karusel / Siyasət > İtaliyalı nazir Azərbaycana gəlir

İtaliyalı nazir Azərbaycana gəlir


3-11-2016, 18:58. Yazar: Xeberaz
İtaliyalı nazir Azərbaycana gəlir

Noyabrın 7-8-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloni Azərbaycanda rəsmi səfərdə olacaq.

- "Xəbəraz.az " xəbər verir ki, səfər çərçivəsində nazirin yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Görüşlərdə ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edəcək. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.
Geri dön