Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Fotogalereya > Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq


27-05-2015, 14:33. Yazar: Xeberaz
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Təşkil olunan konsert saat 21.00-da başlayacaq.

Sabah, 28 May – Respublika Günü münasibətilə Bakıda bayram şənlikləri keçiriləcək.

Xeberaz.az -ın məlumata görə, sabah Respublika Günü paytaxtda mükəmməl şəkildə qeyd ediləcək.

“Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir”, - deyə Bakı meriyası sakinlərə müraciət edib.

Qeyd edək ki, sabah Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunacaq konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Geri dön