Ana Sayfa > M / Karusel / Gündəm / Həftə-Reytinq > İlham Əliyev Dəmirəlin məzarına çələng göndərdi

İlham Əliyev Dəmirəlin məzarına çələng göndərdi


2-11-2016, 11:26. Yazar: Xeberaz
İlham Əliyev Dəmirəlin məzarına çələng göndərdi
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin məzarına gül çələngi göndərib.

"Xəbəraz.az " xəbər verir ki, çələng Dəmirəlin 92-ci doğum günü ilə əlaqədar təşkil edilən anım mərasiminə göndərilib. Azərbaycan prezidentinin bu addımını xüsusi vurğulayan Türkiyə mediası “Dəmirəlin doğum günü çələngləri arasında Azərbaycan prezidenti İlham Əliyevin çələngi xüsusi diqqət çəkdi” sözlərini qeyd ediblər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da S. Dəmirəlin məzarına çələng göndərib.

Xatırladaq ki, Süleyman Dəmirəl ötən il iyunun 17-də 90 yaşında dünyasını dəyişib.

İlham Əliyev Dəmirəlin məzarına çələng göndərdi
Geri dön