Ana Sayfa > M / Karusel / Gündəm > Ermənilərdən gecə təxribatı: MN açıqlama yaydı

Ermənilərdən gecə təxribatı: MN açıqlama yaydı


2-11-2016, 10:07. Yazar: Xeberaz

Ermənilərdən gecə təxribatı: MN açıqlama yaydı
Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Məlumatda qeyd olunub ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub:

“Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.
Geri dön