Ana Sayfa > M / Karusel / Şou-Biznes / M2 / Fotogalereya > Aytən Səfərova efirə çıxmır - açıqlama

Aytən Səfərova efirə çıxmır - açıqlama


27-05-2015, 12:27. Yazar: Xeberaz

Aytən Səfərova efirə çıxmır - açıqlama
ANS-in aparıcısı Aytən Səfərovanın sözügedən telekanalda yayımlanan “Salam Azərbaycan” verilişində iki gündür dəyişiklik olub.

Xeberaz.az -ın məlumatına görə, aparıcının canlı yayıma çıxmaması və proqramı başqalarının idarə etməsi diqqətdən qaçmayıb.

A.Səfərova əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:

“İşdə güclü əsəb gərginliyi keçirtmişəm. Buna görə də bülleten götürüb, istirahətə çıxmışam. Bunun bir həftə və ya daha uzun çəkəcəyi ilə bağlı heç nə deyə bilmərəm”.

“Əsəb gərginliyinə nə səbəb oldu” sualına isə A.Səfərova “Bunu açıqlaya bilmərəm” deyə, cavab verib.Axşam.az
Geri dön