Ana Sayfa > M / Karusel / Gündəm > Noyabrda 9 gün iş olmayacaq

Noyabrda 9 gün iş olmayacaq


31-10-2016, 14:58. Yazar: Xeberaz
Noyabrda 9 gün iş olmayacaq


Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.

Report xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.

Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.

Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir.
Geri dön