Ana Sayfa > M / Karusel / Siyasət / Qarabağdan xəbər var > Uorlik: "Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək"

Uorlik: "Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək"


22-10-2016, 11:51. Yazar: Xeberaz
Uorlik: "Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək"
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək.
Bunu amerikalı həmsədr Ceyms Uorlik Bakıda mətbuat konfransında deyib.
O bildirib: "Müzakirələrimizin məqsədi münaqişənin həll yolunu tapmaqdır".
C.Uorlik qeyd edib ki, ABŞ, Rusiya, Fransa münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün birgə işləyir: "Bu yaxınlarda hamımız Moskvada idik və bu məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə etdik. Biz münaqişənin tənzimlənməsi üzrə ümumi səylərə sadiq qalırıq". (trend)
Geri dön