Ana Sayfa > M / Karusel / Siyasət > Maduro Azərbaycana gəlir

Maduro Azərbaycana gəlir


21-10-2016, 13:32. Yazar: Xeberaz
Maduro Azərbaycana gəlir
Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Report-un məlumatına görə, bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilib.

Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək.
Geri dön