Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / M2 > Abid Şərifov: - "hansı şirkət vicdanla işləyir...?"

Abid Şərifov: - "hansı şirkət vicdanla işləyir...?"


25-05-2015, 16:18. Yazar: Fehrad
Abid Şərifov: - "hansı şirkət vicdanla işləyir...?"



"Mən balam kimi deyirəm, ay oğul, ay atam, sənə nə fərqi var kim tikib? Məsləhət olub filankəs tiksin, o da tikir. Siz də mənim bu cavabımı dramatikləşdirirsiniz, faciəyə, tragediya çevirirsiniz, şou düzəldirsiniz". Xeberaz.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan baş nazirinin müavini, Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş verən yanğın ilə əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.

Baş nazirin müavini hesab edir ki, jurnalistlərin hansı şirkətin yaxşı, hansının pis işlədiyini bilmələri mümkün deyil. "Allah sizi qorusun, Allah sizi salamat eləsin. Siz jurnalistlər, bəyəm bilirsiz hansı şirkət yaxşıdır, hansı şirkət pisdir, hansı şirkət vicdanla işləyir? Ay Allah sizi salamat eləsin. İstər o balaca, istər də böyük jurnalistlərə mən bir balam kimi, ərkyana müraciət edirəm. Siz də başlayırsız onu şou etməyə. Nə istəyirsiz edin. Allah sizi sağ-salamat eləsin", - A.Şərifov əlavə edib.
Geri dön