Ana Sayfa > M / Karusel / Dünya > Donetskdə növbəti qurbanların adı gündəmdə

Donetskdə növbəti qurbanların adı gündəmdə


19-10-2016, 01:20. Yazar: Xeberaz
Donetskdə növbəti qurbanların adı gündəmdə

Donetsk terrorçusu "Motorola" ləqəbli Arsen Pavlovun ölümündən sonra da təmizləmə əməliyyatı davam edir.

Qeyd edilir ki, sui-qəsdin növbəti qurbanları İqor Plotniçki, Aleksandr Zaxarçenko və Aleksandr Xodakovski ola bilər.

"Zaxarçenko Kiyevi qorxunc təhlükələrlə təhdid edir ki, bu da növbəti qurbanın Donetsk lideri olacağı qənaətinə gətirib çıxarır. Ancaq o özü bundan şübhələnmir", - rusiyalı publisist, analitik Vladimir Qolışev söyləyib.

“Vostok” batalyonunun eks-komandiri Aleksandr Xodakovski də hədəfdə olanlardan biridir. Xodakovski Pavlovla yaxın münasibətlərinin olması ilə də tanınır və o da Ukraynanın ünvanına ittihamlar səsləndirənlər sırasındadır.

Xodakovski Kremldə Zaxarçenkonun bir növ əksi kimi görülür və Donetsk separatçılarının rəhbəri vəzifəsinə potensial namizədlərdən biridir. O, Moskvada qeyri-rəsmi görüşlərdə də gözə dəyir. Buna görə də yaxın müddətdə onun da aradan qaldırılmasının şahidi ola bilərik", - müəllif bildirir.

Qeyd edək ki, bazar günü baş verən bu qətldən sonra Pavlovun ölümünün məsuliyyətini üzərinə götürən adı açıqlanmayan qrup video yayaraq, növbəti hədəfin Zaxarçenko olduğunu açıqlamışdı.
Geri dön