Ana Sayfa > M / Karusel / Dünya / Maraqlı / M2 > Eynicinsli nikahlar daha bir ölkədə

Eynicinsli nikahlar daha bir ölkədə


24-05-2015, 16:24. Yazar: Xeberaz
Eynicinsli nikahlar daha bir ölkədə

İrlandiyada mayın 22-də keçirilmiş referendumda eynicinsli nikahların tərəfdarları qələbə qazanıb.


Xeberaz.az -ın RİA Novosti-yə istinadən məlumatına görə, referendumda iştirak edən vətəndaşların 62 faizi bunu dəstəkləyib.

Bununla da İrlandiya səsvermə yolu ilə eynicinsli nikahları rəsmiləşdirən ilk ölkə oldu. Bundan öncə belə qərarlar milli parlamentlərdə həll olunurdu.

Qeyd edək ki, eynicinsli nikahlar artıq Belçika, Danimarka, İspaniya, Niderland, Portuqaliya, Fransa, İsveç və Böyük Britaniyanın bir neçə bölgəsində leqallaşdırılıb.
Geri dön