Ana Sayfa > M / Karusel / Dünya / M2 > Moskvada azərbaycanlı toyu: Yollar bağlandı – VİDEO

Moskvada azərbaycanlı toyu: Yollar bağlandı – VİDEO


24-05-2015, 14:26. Yazar: Xeberaz
Moskvada azərbaycanlı toyu: Yollar bağlandı – VİDEO
Kişilər bəyi elə magistralın ortasında təbrik etməyə başlayıblar.

Şənbə günü Rusiyanın paytaxtı Moskvada Azərbaycandan gələn qonaqlar Varşava şossesini bağlayaraq, magistralda tıxaca səbəb olublar.

Xeberaz.az xəbər veri rki, videoregistratora düşmüş kadrlardan bəzilərinin üstü Azərbaycan bayraqları ilə örtülmüş ən azı beş maşın bilərəkdən körpüyə çıxan hissədə yolu bağlayıblar. Avtomobillərdən düşən kişilər bəyi yolun ortasında təbrik etməyə başlayıblar və bütün prosesə də lentə alınıb.

Lakin bununla belə, “toy karvanının” iştirakçıları yolu tez də açıblar – bəyin təbrik olunması mərasimi 30 saniyədən çox davam etməyib. Lakin bu qısa vaxt ərzində də yolda tıxac yaranıb.oxu.az

Geri dön