Ana Sayfa > M / Karusel / Gündəm > "Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq".-Cavid Qurbanov

"Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq".-Cavid Qurbanov


13-10-2016, 13:26. Yazar: Xeberaz
"Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq".-Cavid Qurbanov

"Azərbaycan Dəmir Yolları" QSC 2016-cı ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikib.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan dəmir yollarının yenilənməsi və tikintisi davam edir: "2016-cı ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikilib. Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq".

C.Qurbanov qeyd edib ki, həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Astarada dəmir yolunun 8,3 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb.
Geri dön