Ana Sayfa > M / Karusel / İdman / M2 > “İnter” “Qarabağ”a qalib gəldi

“İnter” “Qarabağ”a qalib gəldi


22-05-2015, 23:07. Yazar: Xeberaz
“İnter” “Qarabağ”a qalib gəldi
Komandalara kubok və medallar verilib.

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci turun oyunlarına keçirilib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, turun mərkəzin görüşündə “Qarabağ” və “İnter” klubları qarşılaşıb. Oyun 2:1 ev sahibi, “İnter” komandasının xeyrinə bitib.

Qollar: Əfran İsmayılov, 19 (1:0), Leroy Corc, 30 (1:1), Arif Daşdəmirov, 56 (2:1).

Lakin bu qələbə turnir cədvəlinə təsir etməyib. “Qarabağ” artıq keçən turda özünə çempionluq titulunu təmin etmişdir, “İnter” isə Premyer Liqanın gümüş medallarına yiyələnib.

Turun digər oyunları: “Bakır” - “Neftçi” - 0-0, “Sumqayıt” - “Xəzər -Lənkəran” - 2:0, “AZAL” - “Simurq” - 5:0.

Turnir cədvəli

1. “Qarabağ” - 68 xal (32 oyun)
2. “İnter” - 63 (31)
3. “Qəbələ” - 51 (31)
4. “Neftçi” - 48 (31)
5. “Simurq” - 38 (31)
6. “AZAL” – 38 (31)
7. “Xəzər -Lənkəran” - 31 (31)
8. “Sumqayıt” - 28 (31)
9. “Bakı” - 17 (31)

Sonuncu turun görüşləri mayın 28 keçiriləcək.
Geri dön