Ana Sayfa > M / Karusel / Gündəm / M2 > Ağdaş ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Ağdaş ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi


22-05-2015, 21:47. Yazar: Xeberaz
Ağdaş ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi
Tədbirdə videoçarx nümayiş etdirilib.

Mayın 22-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib.

Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu.

Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.

Respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəldilər.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Geri dön