Ana Sayfa > M / Karusel / Hadisə / İbadət > Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi - FOTO
Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi - FOTO4-10-2016, 22:27. Yazar: Xeberaz |
Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub. "Xəbəraz.az " lent.az-a istinadən xəbər verir ki, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib . Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib. Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb. Bundan sonra hadisə yerinə 50-dək "OMON"-çu gəlib. Polis əməkdaşları Moskva "Əhli Beyt" cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb. Hazırda məsciddə gərginlik davam edir. Hücum edənlə insident sonra hadisə yerindən uzaqlaşıblar. Geri dön |