Ana Sayfa > M / Karusel / Gündəm / Məşhurların Taleyi > Kənan M.M şairi söydü: “Sənin...” - Foto
Kənan M.M şairi söydü: “Sənin...” - Foto4-10-2016, 22:18. Yazar: Xeberaz |
Şair Salam Sarvanın Kənan M.M-in onun şeirini oğurlaması ilə bağlı Feysbukda yazdığı statusa gələn şərhlər rejissoru özündən çıxarıb. "Xəbəraz.az " Axar.az-a istinadən xəbər verir ki, müxtəlif qələm adamları və oxucuların Kənan M.M-in plagiat etdiyini deməsindən sonra rejissor hədə və təhqirə əl atıb. Şərh bölümündə şair Sərdar Amin “Kənanın ağlına gələn tapıntı deyil bu, şair. Oxuyub. Həyasızcasına da götürüb özününküləşdirmək istəyib”, - yazıb. Bundan sonra Kənan M.M Sərdar Amini ağır şəkildə təhqir edib və onu hədələyib. Rejissor şərh bölümündə plagiata etiraz edən digər oxucu və qələm adamlarını da təhqir edib. Qeyd: Yazışmalarda vulqar ifadələr olduğuna görə bu sözləri mətndə verməyi uyğun bilmədik. Lakin məsələdən tam xəbərdar olmaq istəyənlər aşağıda təqdim etdiyimiz fotodan dialoqun hansı səpkidə getdiyini oxuya bilər. Geri dön |