Ana Sayfa > M / Karusel / Gündəm > Prezident Nazirlər Kabinetinə 10 gün vaxt verdi

Prezident Nazirlər Kabinetinə 10 gün vaxt verdi


4-10-2016, 21:20. Yazar: Xeberaz
Prezident Nazirlər Kabinetinə 10 gün vaxt verdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli fərmanında dəyişiklik edib. "Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, dəyişikliklər aşağıdakılardan ibarətdir:

1. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 61) 1.2-ci bəndində “sahilboyu zolağın” sözlərindən sonra “kağız üzərində” sözləri əlavə edilsin.




2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan elektron formada qrafik təsvirin təsdiq edilməsindən sonra on gün müddətində onun öz rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Geri dön