Ana Sayfa > M / Gündəm / M2 > Həkimlərə siqaret çəkmək və həmkarlarını danlamaq qadağan olunacaq

Həkimlərə siqaret çəkmək və həmkarlarını danlamaq qadağan olunacaq


22-05-2015, 15:59. Yazar: Fehrad
Həkimlərə siqaret çəkmək və həmkarlarını danlamaq qadağan olunacaq



Səhiyyə Nazirliyi tibb sistemində çalşıan işçilər üçün “Etika kodeksi” hazırlayıb.

Xeberaz.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “İzvestiya” qəzetində dərc olunmuş məlumatda Rusiya Səhiyyə Nazirliyinin hazırladığı sözügedən layihənin 25 bənddən ibarət olduğu bildirilib.

Məlumata görə, Kodeksdəki 25 bənddə əsasən, səhiyyə, istehlakçıların hüquqları, reklam, Mülki və Əmək məcəllələrində təsbit edilmiş normalar dəqiqləşdirilib və tibb işçilərinə mürəkkəb situasiyalarda özlərini necə aparmaq barədə konkret tövsiyələr yoxdur.

Qeyd olunur ki, Kodeksdə səhiyyə işçilərinin öz peşə fəaliyyətlərini reklam etmələri qadağandır.

Eyni zamanda, həkimlərə pasientlərin və onların qohumlarının öz həmkarlarını danlamalarına da qadağa qoyulub.

Bundan başqa, layihədə həkimlərin siqaret çəkmələrinin yolverilməzliyi və sağlam həyat tərzi sürmələri mütləq şərt kimi təsbit edilib.
Geri dön