Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Araşdırma > Cəbhə xəttində monitorinq baş tutdu

Cəbhə xəttində monitorinq baş tutdu


22-05-2015, 15:22. Yazar: Xeberaz
Cəbhə xəttində monitorinq baş tutdu
MN məlumat yaydı.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Xeberaz.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.
Geri dön