Ana Sayfa > M / Karusel / Gündəm / Həftə-Reytinq > 2050-ci ildə Ermənistanda cəmi 2,4 milyon adam yaşayacaq

2050-ci ildə Ermənistanda cəmi 2,4 milyon adam yaşayacaq


2-10-2016, 01:56. Yazar: Xeberaz
2050-ci ildə Ermənistanda cəmi 2,4 milyon adam yaşayacaq



Azərbaycan əhalisi isə o vaxta qədər 10,8 milyon nəfərə çatacaq

2050-ci ilədək Ermənistan əhalisinin sayı 2,4 milyon nəfərə qədər azalacaq. Azərbaycan əhalisi isə o vaxta qədər 10,8 milyon nəfərə çatacaq.
"Report" xəbər verir ki, bu məlumatlar "Population Reference Bureau" qeyri-hökumət təşkilatının araşdırmaları əsasında təqdim olunub.

Araşdırmada qeyd olunub ki, hazırda Ermənistan və Azərbaycanda müvafiq olaraq, 3 milyon və 9,8 milyon nəfər yaşayır. Eyni zamanda, 2016-cı ildə Ermənistanda yaşı 65-dən çox olan sakinlərin ümumi ölkə əhalisinin 11%-ni təşkil etdiyi halda, Azərbaycanda bu rəqəmin 6%-ə bərabər olduğu vurğulanıb. Gənclərin sayı da Azərbaycanda Ermənistandan daha çoxdur.

Region ölkələri arasında 2050-ci ilə qədər Gürcüstan (4 milyon nəfərdən 3 milyon nəfərə) və Rusiyanın (144 milyon nəfərdən 136 milyon nəfərə) da əhasilisində azalma müşahidə olunacaq. Türkiyə və İranda isə əhali sayı müvafiq olaraq, 93,5 milyon və 91,8 milyon nəfərə qədər artacaq.

Ümumilikdə dünyada 2050-ci ildə 9,8 milyard nəfər yaşayacaq. Onlardan 1,371 milyard nəfəri inkişaf etmiş ölkələrdə yaşayacaq.
Geri dön