Ana Sayfa > M / Karusel / Siyasət > Baxçalı Ərdoğana elə bir cavab verdi ki...

Baxçalı Ərdoğana elə bir cavab verdi ki...


2-10-2016, 01:41. Yazar: Xeberaz
Baxçalı Ərdoğana elə bir cavab verdi ki...

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı Prezident Ərdoğanın Lozanna sazişi ilə bağlı fikirlərinə münasibət bildirib.

Baxçalı Lozanna sazişinin Türkiyənin müstəqilliyinin zəmanəti olduğunu deyib.

Tvitter hesabında Baxçalı "İmkan verək, bu barədə namuslu tarixçilər danışsınlar. Bizə düşən Lozannanın legitimliyini zəiflətməməkdir", - qeyd edib.

Baxçalı mənasız müzakirələrdən uzaq durmağı tövsiyə edib.

"Lozanna Türkiyənin müstəqilliyinin zəmanəti və hüquqi sənəddir. Pozularsa və inkar edilərsə, 15 iyun qiyamçıları üçün gün doğar", - Baxçalı qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Lozanna müqaviləsi ilə bağlı açıqlamasında "O masaya oturanlar Lozannanın haqqını vermədilər" demişdi.
Geri dön