Ana Sayfa > M / Karusel / Siyasət > Qırğızıstan prezidenti Putinin xəstəxanasından çıxdı

Qırğızıstan prezidenti Putinin xəstəxanasından çıxdı


1-10-2016, 16:46. Yazar: Xeberaz
Qırğızıstan prezidenti Putinin xəstəxanasından çıxdı
Qırğızıstan prezident Almazbek Atambayev Moskva Mərkəzi Klinik Xəstəxanasından buraxılıb.
"Xəbəraz.az " “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qırğızıstanın Rusiyadakı səfirliyindən bildirilib.
Prezident vətənə uçmağa hazırlaşır. Lakin Atambayevin uçuşunun vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, dövlət başçısı sentyabrın 19-u BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etmək üçün gedərkən İstanbul Atatürk hava limanında səhhəti pisləşib. Türkiyədə xəstəxanaya yerləşdirilən Almazbek Atambayev 1 oktyabra qədər qısamüddətli məzuniyyət götürüb.
Sentyabrın 22-də Qırğızıstan prezidenti mütəxəssislərin tövsiyəsi və Rusiya tərəfinin dəvəti ilə Rusiyanın prezident aparatı yanında Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Geri dön