Ana Sayfa > M / Karusel / Dünya > Ərdoğanı ağladana məmur vəzifəsi verildi – VİDEO

Ərdoğanı ağladana məmur vəzifəsi verildi – VİDEO


1-10-2016, 15:33. Yazar: Xeberaz
Ərdoğanı ağladana məmur vəzifəsi verildi – VİDEO
15 iyul hərbi çevriliş gecəsində qardaşı şəhid, özü qazi olan Volkan Yiğitə prezident Rəcəb Tayyib Ərdoğan təlimatı ilə iş verilib.
"Xəbəraz.az " Türkiyə mediasına istinadən xəbər verir ki, Yigit Prezident Külliyəsində (Prezident Sarayı – Aksaray) məmur olaraq işə başlayıb.
15 iyul gecəsi prezidentin çağırışı ilə küçəyə çıxan Yigit və əkiz qardaşı Erkan yoldaşları ilə birlikdə Prezident Külliyyəsinə gedib. Qiyamçıların atdığı bombalar əkiz qardaşları bir-birindən ayırıb. Yigid çiyinindən yaralanıb, Erkan isə şəhid olub.
Rəcəb Tayyib Ərdoğan qatıldığı bir televiziya proqramında Yigid qardaşlarının hekayəsini izləyəndə göz yaşlarını saxlaya bilmir. Prezident Külliyyənin həyətində vətəndaşlar qarşısında çıxış etdikdən sonra vətəndaşlarla söhbət edir. Onların arasında Volkan Yigit də var idi. Söhbət zamanı Yigitin işlə təmin olunmasından danışılır. Ərdoğan Yigitdən hansı iş istədiyini soruşanda “Siz hara layiq görsəniz” cavabı alır. “O halda səni burada görmək istəyirəm”, - Ərdoğan deyib.
Yigit 7 sentyabrdan Prezident Külliyəsində işə başlayır.


Geri dön