Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > “Neft Daşları” yatağında yeni quyu istismara verildi

“Neft Daşları” yatağında yeni quyu istismara verildi


22-05-2015, 01:38. Yazar: Xeberaz
“Neft Daşları” yatağında yeni quyu istismara verildi
SOCAR məlumat yaydı.

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 915 saylı meydançadan 2075 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Xeberaz.az -ın SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Məhsuldar Qatın VIII horizontundan fontan üsulu ilə məhsul verib, 2173-2158 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Geri dön