Ana Sayfa > M / Karusel / Siyasət > Nəcməddin Sadıkov Sankt-Peterburqa getdi

Nəcməddin Sadıkov Sankt-Peterburqa getdi


28-09-2016, 11:50. Yazar: Xeberaz
Nəcməddin Sadıkov Sankt-Peterburqa getdi

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Səfər sentyabrın 30-dək davam edəcək.
Geri dön