Ana Sayfa > M / Karusel / Siyasət > Zakir Həsənovla Camalov memorandum imzaladı

Zakir Həsənovla Camalov memorandum imzaladı


27-09-2016, 21:43. Yazar: Xeberaz
Zakir Həsənovla Camalov memorandum imzaladı

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Müdafiə Sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

Geri dön