Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Elektron məhsulların istehsalı ilə bağlı - Statistika

Elektron məhsulların istehsalı ilə bağlı - Statistika


25-09-2016, 01:29. Yazar: Xeberaz
Elektron məhsulların istehsalı ilə bağlı - Statistika

Kompüter və elektron məhsulların, elektrik avadanlığı istehsalı sahələrində 100,4 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz, elektrik avadanlığı istehsalı isə 2,2 dəfə artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, səkkiz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,8 dəfə, monitorların istehsalı 128,0 dəfə artıb, məişət soyuducularının istehsalı 29,5 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 93,9 faiz azalıb. Bununla yanaşı, hesabat dövründə 8,6 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilıb.
Geri dön