Ana Sayfa > M / Karusel / Dünya / M2 > Sanasaryan Yanğınla bağlı sosial şəbəkəsindəki səhifəsində yazıb

Sanasaryan Yanğınla bağlı sosial şəbəkəsindəki səhifəsində yazıb


21-05-2015, 20:34. Yazar: Xeberaz
Sanasaryan Yanğınla bağlı sosial şəbəkəsindəki səhifəsində yazıb
Bütün məsuliyyətimlə bəyan edirəm ki, insan qurbanları, o cümlədən uşaq ölümləri ilə nəticələnən Bakıdakı yanğına sevinənlər insan simasını itirib və ya heç vaxt o simaya malik olmayıb.

Xeberaz.az xəbər verir ki, “Nasledie” partiyasının mətbuat katibi David Sanasaryan Bakıdakı yanğından sonra sosial şəbəkələrdə sevinən erməni ictimaiyyətinin nümayəndələrini qınayıb.

“Siz beyin inkişafına görə Hitlerdən geri qalırsız, o heç olmasa ağıllı idi. Çoxlarınız isə Hitlerdən pis və təhlükəli ola bilərdiniz. Vətənpərvərliyinizi ifadə etmək üçün başqa yer axtarın”, - Sanasaryan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
Geri dön