Ana Sayfa > M / Karusel / Gündəm > “ASAN xidmət” mərkəzləri sentyabrın 26-da məhdud şəkildə işləyəcək

“ASAN xidmət” mərkəzləri sentyabrın 26-da məhdud şəkildə işləyəcək


23-09-2016, 21:23. Yazar: Xeberaz
“ASAN xidmət” mərkəzləri sentyabrın 26-da məhdud şəkildə işləyəcək

26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar həmin gün “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, vətəndaşlar sentyabrın 26-da “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Sentyabrın 27-dən isə bütün xidmətlər göstəriləcək.

Geri dön