Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək


21-05-2015, 20:05. Yazar: Xeberaz
Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Bu ilin iyun ayında Rusiya prezidentinin Azərbaycana səfəri planlaşdırılır.

Rusiya prezidenti Vladimir Putin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

Xeberaz.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: “Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək”.

Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək.
Geri dön