Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Maraqlı / M2 > Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq


21-05-2015, 19:46. Yazar: Xeberaz
Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq
Müvafiq şərtlərlə.

Azərbaycanda müvafiq şərtlər çərçivəsində vətəndaşın şəxsiyyət vəsiqəsi ilə də ölkə xaricinə gedib-gəlmək mümkün olacaq.

Xeberaz.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 10.1-ci maddəsinə (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi) əlavələr edilir.

Edilən əlavəyə görə, “Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.

Məcəlləyə əlavə Milli Məclisin mayın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Geri dön