Ana Sayfa > M / Karusel / Gündəm > Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş

Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş


19-09-2016, 18:29. Yazar: Xeberaz

Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyi ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası çərçivəsində silsiləli olaraq tədbirlər keçirir. Belə tədbirlərdən biri 17 sentyabr 2016-cı ildə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyində Kəlbəcər rayonundan olan gənçlərlə keçirildi.

"Xəbəraz.az " xəbər verir ki,“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, mütəmai olaraq referendumla bağlı kecirilən təbliğat-təşviqat kompanıyası çərçivəsində tədbirlrər həyata keçiririk. Əsasəndə kəlbəcərlilərin sıx məskunlaşıdıqalrı yerlərdə görüşlər kecirərək konstitusiyaya ediləcək dəyişikliklərin mahiyyətini izah edirik. Düşünürəm ki, ölkəmizdə sosial problemlərin həll olunması, insanların rifah halının yaxşılaşdırılması qanunvericilikdə də sosial ədalət prinsipinin əsas prinsip kimi ifadə olunmasını vacib edir. Azəbaycanda insan hüquq və azadlıqları bizim qanunlarımızın əsas meyarıdır. Bu baxımdan da Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərin böyük hissəsi insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Qalan digər müddəalar dövlət strukturlarının, siyasi sistemin təkmilləşdirilməsi, yeni institutların yaradılması, prezidentlik müddətinin, seçkili orqanlarda yaş senzinin dəyişdirilməsi ilə əlaqədardır ki, bunların da hər biri ən sonunda ölkə əhalisinin firavan yaşamasının təminatına çerilir. Bütövlükdə, təklif edilən əlavə və dəyişikliklər demokratik prinsiplərə uyğundur, xalqımızın iradəsinə əsaslanır. Bütövlükdə, keçiriləcək referendum, təklif edilən Konstitusiya dəyişiklikləri Azərbaycanın yeni-yeni hədəflərə doğru sürətlə irəliləməsinin göstəricisidir.
Əminik ki, xalqımız Cənab Prezidentin bu təşəbbüsünü yüksək dəyərləndirəcək və Azərbaycanın həm daxili, həm də xarici siyasətdə əldə etdiyi uğurların memarı olan Prezidentimiz İlham Əliyevə bu işdə arxa və dayaq olacaqdır. Çünki Prezident hər dəfə vurğulayır ki, O bütün işlərində öz xalqına arxalanır.
YAP İdarə heyətinin üzvü, Professor Şahlar Əsgərov - Son 100 illik tariximizə baxsaq görərik ki, Azərbaycan çox mürəkkəb tarix yaşayıbdı. 1917 ci il Oktyabr inqilabından qabaq ölkəmiz Rusiyanın tərkibində müstəmləkə kimi yaşamışdır. 1918 ci ilin may ayında Azərbaycan öz müstəqilliyini elan etmiş və mestəmləkə səviyyəsindən dövlət səviyyəsinə (himni, bayrağı olan) keçərək birinci keçid dövrünü yaşamışdır. 1920 ci ilin aprel ayında Azərbaycan Demokratik Cümhuriyyəti 23 aydan sonar süqut etdi və Azərbaycanda müstəqil Sosialist Respublikası quruldu və ölkə kapitalizmdən sosializmə keçərək ikinci keçid dövrünü yaşadı. Dövlət atributlarında oraq və çəkic əz əksini tapdı.1922 ci ilin dekabrında Azərbaycan SSRİ tərkibinə qatıldı və ölkə müstəqil dıvlət səviyyəsindən yarım müstəqil dövlət səviyyəsinə yendirildi.Cəmiyyət üçüncü keçid dövrünü yaşamalı oldu. 1991 –ci ilin axırında SSRİ dağılması nəticəsində Azərbaycan müstəqil dövlətə çevrildi. Bu dördüncü keçid yarımmüstəqil dövlətdən müstəqil dövlətə, sosialis quruluşundan liberal- demokratik cəmiyyətə keçid idi. Bayrağımızdakı oraq və çəkici ay və səkkizgyşəli ulduz əvəz etdi. Bu yeni yaranan müstəqil dövlət Moskva yönümlü olduğundan xalq dəstək vermədi. Bu səbəbdən də Azərbaycanda beşinci keçid – Moskva yönümlü hakimiyyətdən müstəqil dövlətə keçid baş verdi. Nəticədə Ayaz Mütəllibov yerini Əbülfəz Əliyevə verməli oldu. Bu hakimiyyət yeni dövlət quruculuğu ilə yox, sovet dövlət maşınının demantajı ilə məşğul oldu. Bu səbəbdən də xalqın gözündən tez düşdü. Nəticədə Elçibəy hakimiyyətdən getməli oldu və Müstəqil Azərbaycan Respublikasında altıncı keçid dövrünü yaşamalı oldu və ölkədə Heydər Əliyev erası başlandı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xaosdan nizamlı quruluşa keçid başladı.
Beləliklə, son 100 ildə ölkəmiz altı dəfə (1991-1993 illər ərzində üç dəfə) keçid dövrünü yaşamalı oldı. Keçid dövrü insanların qarğışa tuş gəldiyi dövrdür. Konturu girintili-çıxıntılı xəritəmiz keçdiyimiz əzablı yollardan xəbər verir. Xəritəmiz tarıximizin inikasıdır.Tut yarpağını qurd yeyən kimi torpaqlarımız qonşularımız tərəfindən son yüz ildə 114 min kv. km-dən 86 min kv km kimi azaldı.
Keçid dövrlərində bütövlükdə ictimai siyasi quruluç bir sistemdən digərinə keçir. Bu keçidlərdə konstitusiyaya (əsas qanun) müstəsna rol oynayır. Bu keçidlər zamanı ancaq Azərbaycan Sovet Sosialist Respublikasınında nominal konstitutsiyamız olub, digərlərində olmayıbdır. Yəni bizim konstitusiya təcrübəmiz çox zəifdir.
Konstitutsiya dövlət quruculuğunun basilica istiqamətlərini müəyyən edir, hakimiyyət bölgüsü aparır, insan və vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir və bunun kimi. Konstitutsiya qüdrətli dövlət qurmanın fundamental əsaslarını etiva edir.
Bizim yaşadığimiz mürəkkəb geo- siyasi məkan tələb edir ki, biz qüdrətli dövlət quraq. Əhali rahat yaşaması üçün dövlət qüdrətli olmalıdır. Belə dövləti güclü parlament ilə yox, güclü president institutu ilə qurmaq daha məqsədəuyğundur. Bizim niyyəti ədalətli, amalı xoş olmayan qonşularımız var. Bu qonşuların parlamenta təsiri nəzəri cəhətdən böyükdür. Əgər biz Yaponiya, Danimarka, Böyük Britaniya kimi ada dövləti olsaydıq konistitutsiya bugünkü dəyşiliklərə bəlkə də ehtiyac olmazdı. Nəzərə almalıyiq ki, biz ada dövləti deyilik, qonşularımızın bəzilərinin niyyəti çox məkirlidir. Niyyət isə fəaliyyətin ruhudur. Bunu 25 il həll edilməyən Qarabağ problemi də təsdiq edir.
1995 il konistutsiyamız çox mükəmməldir. Bu konstitutsiyanın məziyyəti ilə bağlı fikirlərimi “Azərbaycan” qəzetinin 19.05.96 sayında söyləmişəm. İndi hesab edirəm ki, o konstitusiyada biz zamanı çox qabaqlamışıq. Hər bir müstəqil dövlət iki qlobal göstərici ilə xarakterizə olunur: adam başına düşən ümumi daxili məhsul (ÜDM) və insan inkişafı indeksi(İİİ). Bizim mövcud konstitutsiyamız çox inkişaf etmiş ölkələrin göstəricilərinə uyğundur. Yaddan çıxartmamalıq ki, biz ikinci dünya dövlətiyik. Bu dövlətlər üçün adambaşına düşən ÜDM 15000 dollardan, İİİ isə 0,8 -dən azdır. Birinci dünya ölkələrində (belə dövlətlərin sayı 30-dur) qanunlar mükəmməl olduğundan güclü liderə ehtiyac yoxdur. Ancaq ikinci dünya ölkələrində güclü liderə ehtiyac böyükdür. Sinqapuru ikinci dünya ölkəsindən birinci dünya ölkələri sırasına lider çıxartdı.
Bizim də güclü liderə ehtiyacı böyükdür. İnanıram ki, xalqimiz ümumdövlət mənafeini üstün tutaraq referenduma gedərək konstitusiyada nəzərdə tutulmuş dəyşiliklərə səs verəcəkdir.

Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş
Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş
Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş
Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş
Referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar kəlbəcərli gənclərlə görüş
Geri dön