Ana Sayfa > M / Karusel / Siyasət > Ankaranı bombalayan pilotlar Gülənlə görüşüb

Ankaranı bombalayan pilotlar Gülənlə görüşüb


13-09-2016, 09:38. Yazar: Xeberaz
Ankaranı bombalayan pilotlar Gülənlə görüşüb

Akıncı bazasında xidmət edən 3 pilot 15 iyul dövlət çevrilişindən xeyli əvvəl FETÖ lideri Fətullah Gülənlə görüşübmüş.
"Xəbəraz.az "xəbər verir ki, bu ilin martında Pensilvaniya ştatında baş tutan görüşdə Gülən pilotlardan F-16 uçuş kursunu bitirib-bitirmədiklərini soruşub. Pilotlar isə kursun davam etdiyini deyiblər.

Görüşdən sonra pilotlar uçuş kursunu qısa müddətdə bitirib, 15 iyulda bazada uçuş keçiriblər.

Sözügedən pilotlar 2014-cü ildə hərbi akademiyanı bitiriblər.

Qeyd edək ki, onlar F-16 qırıcıları ilə paytaxt Ankarada Prezident sarayı və Milli Məclisi bombardman etmişdi.
Geri dön