Ana Sayfa > M / Gündəm / Dünya / M2 > Arda Turandan başsağlığı

Arda Turandan başsağlığı


20-05-2015, 16:18. Yazar: Fehrad
Arda Turandan başsağlığı



“Başın sağ olsun Azərbaycan. Başımız sağ olsun…”

İspaniyanın "Atletico" klubunda forma geyən dünşa şöhrətli türk futbolçu Azərbaycana başsağlığı verib. Xeberaz.az ANS PRESS-in məlumatına görə xəbər verir ki, Arda Turan Bakıda baş verən dəhşətli yanğın zamanı ölənlərə allahdan rəhmət diləyib.

O, mesajını Twitter hesabında paylaşıb. Türk və ingilis dillərində olan mesajda deyilir: “Başın sağ olsun Azərbaycan. Başımız sağ olsun…” (Azerbaijan. Big tragedy. My deepest condolences to all. #Bakufire”).

Xatırladaq ki, dəhşətli yanğın ötən gün Binəqədi rayonunda baş verib. Binanın fasadının alovlanması nəticəsində yayılan yanğın nəticəsində 15 nəfər ölüb. Onlarla insan yaralanıb.
Geri dön