Ana Sayfa > M / Gündəm / M2 > Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılır


20-05-2015, 16:15. Yazar: Fehrad
Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılır





Həmin vaxta kimi elektron ərizə təsdiq edə bilərlər.

Tam (11- illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) ərizə qəbulunun vaxtı uzadılır.

Xeberaz.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət komissiyasından Oxu.Az-a verilən məlumata əsasən, tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün ərizə qəbulu 20 may saat 11:00-dan 31 may saat 23:59-a dək davam etdiriləcək.

Aşağıda qeyd olunan kateqoriyadan olan abituriyentlər həmin vaxta kimi elektron ərizə təsdiq edə bilərlər:

Ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizəsinin təsdiqini təmin etmiş orta ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən abituriyentlər;

Azərbaycan Respublikasının orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən abituriyentlər.
Geri dön