Ana Sayfa > M / Karusel / Siyasət / Həftə-Reytinq > Putinin yaxın adamı Obamadan vətəndaşlıq istədi

Putinin yaxın adamı Obamadan vətəndaşlıq istədi


11-09-2016, 15:27. Yazar: Xeberaz
Putinin yaxın adamı Obamadan vətəndaşlıq istədi
Beynəlxalq Şahmat Federasiyasının prezidenti, Kalmıkiya Respublikasının rəhbəri Kirsan İlyumjinov ABŞ Prezidenti Barak Obamadan ona vətəndaşlıq verməsini xahiş edib.

"Xəbəraz.az " xəbər verir ki, İlyumjinov bununla bağlı Obamaya məktub yazıb.

“Rossiyskiy dialoq”un məlumatına görə, İlyumjinov Amerika vətəndaşı olmaq arzusunu ilk dəfə Bakı Şahmat Olimpiadasının açılışında bildirib.

İlyumjinovun özü isə verdiyi açıqlamasında bildirib ki, Amerika pasportu məhkəmənin onu “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı qərarını səhv çıxara bilər və buna görə də Barak Obamaya məktub yazıb. ABŞ prezidenti hələ ki, məktuba cavab verməyib.

Qeyd edək ki, avqustda Kirsan İlyumjinovu sanksiya siyahısında olduğu üçün ABŞ-a buraxmayıblar. İlyuminjinov Rusiya prezidentinin ən yaxın adamlarından hesab olunur.
Geri dön