Ana Sayfa > M / Karusel / Dünya / Fotogalereya > İsraildə fələstinlilərə israillilərlə eyni avtobuslarda getmək qadağan edildi

İsraildə fələstinlilərə israillilərlə eyni avtobuslarda getmək qadağan edildi


20-05-2015, 15:10. Yazar: Xeberaz
İsraildə fələstinlilərə israillilərlə eyni avtobuslarda getmək qadağan edildi
Yeni pilot layihə həyata keçirilir.

Xeberaz.az RİA Novosti-yə istinadən xəbər verir.İsraildə işləyən fələstinlilərə çərşənbə günündən başlayaraq israillilərlə eyni avtobusda evə gəlmək qadağan edilir, bu barədə İsrailin müdafiə nazirinin nümayəndəsi bildirib,

“Üç ay müddətinə hesablanmış pilot layihəyə əsasən çərşənbə günündən başlayaraq İsraildə işləyən fələstinlilər evə eyni yol ilə qayıtsalar da, İudeya və Samariyanın (İordaniya çayının qərb sahili) sakinlərinin istifadə etdikləri eyni avtobusdan istifadə edə bilməyəcəklər”, - nazirliyin nümayəndəsi Frans press agentliyinə bildirib.

1967-ci ildə İsrail İordaniyadan Şərqi Qüdsü, o cümlədən də İudaizmin, Xristianlığın və İslamın müqəddəs tarixi mərkəzini alıb, və daha sonra annkesiya edərək, şəhəri özünün vahid və bölünməz paytaxtı elan edib.

Dünya ictimaiyyəti anneksiyanı qəbul etmir və şəhərin 800 illik statusunun Fələstin-İsrail danışıqları zamanı müəyyənləşdirilməsində inad edir.

Fələstinlilər Şərqi Qüdsdə öz müstəqil dövlətlərinin paytaxtını yaratmağı ehtimal edirlər.
Geri dön