Ana Sayfa > M / Karusel / Gündəm / M2 > baş vermiş güclü yanğın zamanı polis əməkdaşı xəsarət alıb.

baş vermiş güclü yanğın zamanı polis əməkdaşı xəsarət alıb.


20-05-2015, 14:49. Yazar: Xeberaz
baş vermiş güclü yanğın zamanı polis əməkdaşı xəsarət alıb.
Ayılarkən isə ilk soruşduğu xilas etdiyi gəncin aqibəti olub.

Ötən gün Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın zamanı polis əməkdaşı xəsarət alıb.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı Şahin Alı oğlu Qocayev vəzifəsinin icrası zamanı şücaət göstərərək 4 nəfəri xilas edərkən zəhərlənib.

Şahin Qocayev dördüncü sakini də Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi Ülvi Sadıqovu binanın 7-ci mərtəbəsindən götürüb. Polis həmin şəxsi alovun, tüstünün içərisindən çıxardaraq pilləkənlərlə endirib. Lakin hər ikisi tüstüdən zəhərləndiyindən, binanın blokunda huşunu itiriblər.

Polis əməkdaşı Şahin Qocayev və tələbə Ülvi Sadıqov 6 saylı Birləşmiş şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ş.Qocayev yalnız xəstəxanada özünə gəlib. Ayılarkən isə ilk soruşduğu xilas etdiyi gəncin aqibəti olub.

Qeyd edək ki, rəsmi məlumata görə, dünənki dəhşətli yanğın zamanı 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.


Geri dön