Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Asiya İnkişaf Bankı 800 min dollar həcmində qrant ayıracaq.

Asiya İnkişaf Bankı 800 min dollar həcmində qrant ayıracaq.


20-05-2015, 01:40. Yazar: Xeberaz



Asiya İnkişaf Bankı  800 min dollar həcmində qrant ayıracaq.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda elektrik enerjisinin paylanması üzrə investisiya inkişaf proqramının operativ hazırlanması üçün 800 min dollar həcmində qrant ayıracaq.


Xeberaz.az xəbər verir ki, bu barədə Trend AİB-ə istinadən məlumat verir.

Texniki yardımın göstərilməsi barədə saziş mayın 15-də imzalanıb və elə həmin gün qüvvəyə minib.

Məlumata görə, investisiya proqramının dəyəri 750 milyon dollardır. Bu vəsait bank tərəfindən 3 tranşda (hər biri 250 milyon dollar üzrə) təqdim ediləcək. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 250 milyon dollardır.
Geri dön