Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Fotogalereya > Ramil Usubov rəisi vəzifəsindən azad etdi

Ramil Usubov rəisi vəzifəsindən azad etdi


20-05-2015, 01:27. Yazar: Xeberaz
Ramil Usubov rəisi vəzifəsindən azad etdi
Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.

Xeberaz.az azvision.az-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar rayon polis idarəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib.

Bundan başqa DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.
Geri dön