Ana Sayfa > M / Karusel / Gündəm / M2 > Nazir: Hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb

Nazir: Hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb


19-05-2015, 22:34. Yazar: Fehrad
Nazir: Hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb




Ailələr yeməklə və geyimlə təmin olunacaq”.

Zərərçəkmişlərin yerləşdirilməsi üçün Bilgəh qəsəbəsindəki sanatoriya ərazisində kotteclər ayrılıb.

Xeberaz.az-ın APA-ya istinadən xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Binəqədi rayonunda yanmış binanın sakinlərinin yerləşdirilməsi ilə bağlı bildirib.

S. Müslümov deyib ki, hazırda sakinlərin siyahısı tutulur və onlar həmin sanatoriyaya göndərilir: “Ailələr yeməklə və geyimlə təmin olunacaq. Eyni zamanda hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb. Prezidentin göstərişinə əsasən, zərərçəkmişlərin hər birinə yardım olunacaq”.

S. Müslümov qeyd edib ki, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının tərkibindəki nazirliklərin nümayəndələri hadisə yerindədir.
Geri dön