Ana Sayfa > M / Karusel / Dünya / M2 > Səudiyyə Ərəbistanında cəlladlar üçün 8 yeni vakansiya açılıb.

Səudiyyə Ərəbistanında cəlladlar üçün 8 yeni vakansiya açılıb.


19-05-2015, 00:28. Yazar: Xeberaz
Səudiyyə Ərəbistanında cəlladlar üçün 8 yeni vakansiya açılıb.
Xüsusi qabiliyyət tələb olunmur.



Xeberaz.az xəbər verir ki, bu barədə məlumatı dövlət qulluğuna qəbul portalında yerləşdirilən elana istinadən “Reuters” agentliyi yayıb.

Məlumatda bildirilir ki, bu vəzifədə işləmək istiyənlərdən heç bir xüsusi qabiliyyət tələb edilmir. Onların əsas vəzifəsi ölüm hökmünün icra edilməsi və yüngül cinayətlərə görə bədənin hansısa bir hissəsinin kəsilməsidir. Vakansiya “dini vəzifələr” kateqoriyasına aid edildiyi üçün dövlət qulluqçuları üçün nəzərdə tutulan minimum əmək haqqı ilə ödənilir.

“Amnesty International”a əsasən, Səudiyyə Ərəbistanı ölüm hökmünə verilməsinə görə Çin və Hindistandan sonra dünyada üçüncüdür.

“Reuters”in məlumatına görə, təkcə 2015-ci ilin əvvəlindən krallıqda 85 nəfər edam edilib.
Geri dön