Ana Sayfa > M / Karusel / Gündəm / İdman > İdmançımız Afrika Kubokunda qızıl medal qazanıb - FOTO

İdmançımız Afrika Kubokunda qızıl medal qazanıb - FOTO


15-03-2015, 18:18. Yazar: Xeberaz
İdmançımız Afrika Kubokunda qızıl medal qazanıb - FOTO
Yarışlar Misirdə keçirilib.

Azərbaycan yığmasının triatleti Rostislav Pevsov Misirin Xurqada şəhərində keçirilən Açıq Afrika Çempionatında qələbə qazanaraq qızıl medala sahib çıxıb.

Xeberaz.az Report-a istinadən xəbər verir ki, yarışda ikinci yeri italiyalı Matias Şteynvandter, üçüncü yeri isə Çexiya idmançısı Premışl Svarç tutub.

Yığmanın digər üzvü Aleksandr İatcenko 6-cı yerlə kifayətlənməli olub.

Triatlon üzrə qadınların yarışında birinci və üçüncü yerlər rusiyalı triatletlər - Arina Şulqinaya və Anastasiya Abrosimovaya, ikinci yer isə ukraynalı Aleksandra Stepanenkoya nəsib olub.






Geri dön