Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Foto-fakt / Gənclərimiz > “Eurovision-2015”-in jurnalistləri Elnurun birinci olacağına əmindirlər - FOTO

“Eurovision-2015”-in jurnalistləri Elnurun birinci olacağına əmindirlər - FOTO


19-05-2015, 00:21. Yazar: Xeberaz
“Eurovision-2015”-in jurnalistləri Elnurun birinci olacağına əmindirlər - FOTO
O 181 səs toplayıb.

“Eurovision-2015” mahnı müsabiqəsinin mətbuat mərkəzində ən yaxşı ifaçıların müəyyən edilməsi ilə bağlı jurnalistlər arasında sorğu keçirilib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, sorğuda Elnur Hüseynov 181 səslə birinci olub. İkici yerdə 179 xalla “Heroes” mahnısı ilə isveçli Mons Zelmerlev, 3-cü isə 171 xalla Norveçi təmsil edən Morland və Deba Skarlet dueti qərarlaşıb.

Maraqlı məqam ondan ibarətdir ki, “Eurovision-2015”in rəsmi saytında yerləşdirilən bukmkerlərin reytinqinə əsasən, Azərbaycan təmsilçisi Elnur Hüseynov yeddincidir.

Bu reytinqə İsveçi təmsil edən Mons Zelmerlev başçılıq edir. Bütün bukmekerlər onun qələbə qazanacağına əmindirlər.



Geri dön