Ana Sayfa > M / Karusel / Dünya / M2 / Fotogalereya > Dünyanın ən hündür mehmanxanası-Məkkədə

Dünyanın ən hündür mehmanxanası-Məkkədə


19-05-2015, 00:18. Yazar: Xeberaz
Dünyanın ən hündür mehmanxanası-Məkkədə
12 qüllədən ibarət olan oteldə 10 min nömrə olacaq.

Dünyanın ən böyük mehmanxanası 2017-ci ilə Səudiyyə Ərəbistanının Məkkə şəhərində tikiləcək.

Xeberaz.az xəbər verir ki, bu barədə “Sabk” elektron qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, 12 qüllədən ibarət olan oteldə 10 min nömrə, 70 restoran, konfrans zalı və supermarketlər olacaq.

Otelin 10 qülləsində nömrələr “4 ulduzlu”, daha iki qüllədə isə “5 ulduzlu” nömrələr və kral apartamentləri yerləşəcək. Mehmanxanada həmçinin helikopter üçün meydança da tikiləcək.

Dünyanın ən hündür mehmanxana günbəzi Əndəlus (Mərakeş) üslubunda olacaq.
Geri dön