Ana Sayfa > M / Karusel / Təhsil > Biri şikəst oldu uşaqlarımdan-Təsadüf zəng
Biri şikəst oldu uşaqlarımdan-Təsadüf zəng29-08-2016, 02:00. Yazar: Xeberaz |
Təsadüf zəng Bəlkədə sevgisin itirdi bir qız, Ama mənə sevgi gətirdi bir qız. Təsadüf zəng etdim götürdü bir qız, Yarpaqlar töküldü budaqlarımdan. Bizi bu tanışlıq dəyişdi mədi, Ürəyim o qədər qəm qüssə yedi. Dedim gözəlsənmi o isə dedi, Qızıl gül rəng alır yanaqlarımdan. Dedi çox qəmlidir ötən illərim, Öz qanıma batıb zərif əllərim. Qarədir gözlərim uzun tellərim, Dinəndə bal çıxır dodaqlarımdan. Sevindim dedimki həmən bu nərgiz Mənim xasiyətimə yatır tərtəmiz. Dedim gəl sabah axşam görüşəkdə biz, Dedi mən şikəstəm əyaqlarımdan. Ataraq dəstəyi eyvana getdim, Düşündüm axı mən niyə zəng etdim. Mən vəfasız çıxdım onu tərk etdim, Hələdə səsi getmir qulaqlarımdan. Sizə danışdıqca bu əhvalatı , Ceyhunun qəm oldu hər bir sahatı. Özgəsilə qurdum aylə həyatı, Biri şikəst oldu uşaqlarımdan. Geri dön |