Ana Sayfa > M / Karusel / Səhiyyə / Məşhurların Taleyi > İslam Kərimov insult keçirib xəstəxanalıq oldu - Yenilənib

İslam Kərimov insult keçirib xəstəxanalıq oldu - Yenilənib


28-08-2016, 21:51. Yazar: Xeberaz
İslam Kərimov insult keçirib xəstəxanalıq oldu - Yenilənib
Özbəkistan prezidenti İslam Kərimov xəstəxanaya yerləşdirilib.

"Xəbəraz.az " “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, prezidentin səhhəti ilə bağlı tam tibbi müayinə və sonrakı müalicə müəyyən zaman tələb edəcək.

Bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.

Açıqlamada Özbəkistan dövlət başçısının xəstəliyi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, İslam Kərimovun 78 yaşı var.

***

Özbəkistan prezidenti İslam Kərimov avqustun 27-də insult keçirdiyinə görə xəstəxanaya yerləşdirilib. Bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, prezidentin Daşkənddəki iqamətgahı milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alınıb.

Mənbənin sözlərinə görə, Daşkəndə xarici ölkədən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.
Lakin hələlik bu məlumat rəsmən təsdiqini tapmayıb.


Geri dön