Ana Sayfa > M / Karusel / Hadisə > Bakıda toyda kütləvi dava -“Kişi qadına söz atıb”.

Bakıda toyda kütləvi dava -“Kişi qadına söz atıb”.


18-05-2015, 12:17. Yazar: Xeberaz
Bakıda toyda kütləvi dava -“Kişi qadına söz atıb”.




Bakının “Şam bağı” restoranındakı toyda kütləvi dava ilə bağlıxəbərinə polis münasibət bildirib.

Xeberaz.az Axar.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsindən bildirilib ki, davaya səbəb kişinin qadına söz atması olub.

“Toy zamanı kişi yarızarafat, yarı gerçək qadına söz atıb. Qadın kişinin sözünə kobud cavab verib. Nəticədə kişi onu vurub. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Onların izahatı alınıb və evə buraxılıblar”.

Qeyd edək ki, toyda baş verən kütləvi davanın qarşısını şadlıq evinin mühafizəçiləri ala bilmədiklərinə görə, hadisə yerinə polis çağırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib.

09.57

Bakıda “Şam bağı” restoranında keçirilən toy məclisində kütləvi dava olub.

Xeberaz.az axar.az-a istinadən xəbər verir ki, toy mərasimində mübahisə yaranıb.

Mübahisə zəminində bəy evindən olan qonaq Nazilə Əsədovaya qız evinin qonağı Fariz Muradov (ad-soyadlar şərtidir) yumruq zərbəsi endirib.

Bu zaman məclisdə iştirak edən 700 nəfər qonaq bir-birinə qarışıb, kütləvi əlbəyaxa olub. Şadlıq evinin mühafizəçiləri toy iştirakçılarını sakitləşdirə bilmədiyini görəndə hadisə yerinə polis çağırılıb.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib, saxlananlar var.
Geri dön