Ana Sayfa > M / Karusel / Gündəm / M2 > II və III ixtisas qrupları üçün qəbul imtahanlarının cavabı

II və III ixtisas qrupları üçün qəbul imtahanlarının cavabı


18-05-2015, 12:07. Yazar: Xeberaz
II və III ixtisas qrupları üçün qəbul imtahanlarının cavabı
II və III ixtisas qrupları üçün qəbul imtahanları keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirilən qəbul imtahanlarında istifadə edilən sualların düzgün cavablarını açıqlayıb.

Xeberaz.az -ın məlumata görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdirilib.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Azərbaycan bölməsi - II qrup
http://eservices.tqdk.gov.az/exam/2015/a2_17m.htm

Azərbaycan bölməsi - III qrup
http://eservices.tqdk.gov.az/exam/2015/a3_17m.htm

Rus bölməsi - II qrup
http://eservices.tqdk.gov.az/exam/2015/r2_17m.htm

Rus bölməsi - III qrup
http://eservices.tqdk.gov.az/exam/2015/r3_17m.htm
Geri dön